Kapitoli binasından polis mühasirəsi götürülüb - YENİLƏNİB-2

Kapitoli binasından polis mühasirəsi götürülüb - YENİLƏNİB-2 Polis Kapitoli ərazisində silahlı qadın axtarırdı
Digər ölkələr
8 İyul , 2016 18:06
Kapitoli binasından polis mühasirəsi götürülüb - YENİLƏNİB-2

Bakı. 8 iyul. REPORT.AZ/ ABŞ polisi Kapitoli binasından mühasirəni götürüb.

"Report" CNBC-yə istinadən xəbər verir ki, axtarışlar zamanı heç bir şübhəli vəziyyətə rast gəlinməyib.

Hazırda Kapitolidəki ofislər normal iş fəaliyyətinə keçib.

***17:52

Vaşinqton polisi Kapitoli ərazisində silahlı ola biləcəyi ehtimal edilən qadın axtarır.

"Report" xəbər verir ki, bu barədə xarici KİV yazıb.

***17:40

ABŞ polisi Vaşinqtonda Kapitoli binasını və ziyarətçi mərkəzini mühasirəyə alıb.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bina işçilərinə oranı tərk etmək qadağan olunub. Onlara qapıları bağlamaq və pəncərədən uzaq qalmaq tövsiyə edilir.

Polisin bu cür hərəkətinin səbəbi hələlik məlum deyil.

Kapitolidə yerli vaxtla saat 9:15-ə təyin edilən iclas təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi