ABŞ-da silahlı insident olub.
“Report” xəbər verir ki, bu barədə
Məlumata görə, hadisə ölkənin paytaxtı Vaşinqtonun şimal-şərqində baş verib.
Atışma nəticəsində yeddi yaşlı qız xəsarətlər alıb.
Polis bildirib ki, uşaq kritik vəziyyətdə xəstəxanaya çatdırılıb. Qızın anası güllənin uşağın həyati əhəmiyyətli daxili orqanlarına dəymədiyini deyib.
Asayiş keşikçiləri hadisəni törədən şəxsin axtarışlarını davam etdirirlər. Amma qeyd edilir ki, hadisəni törətməkdə şübhəli bilinən hər hansı şəxs hələ saxlanılmayıb.