Vaşinqtonda atışma nəticəsində iki uşaq yaralanıb

Digər ölkələr
  • 21 avqust, 2018
  • 03:20
Vaşinqtonda atışma nəticəsində iki uşaq yaralanıb

Bakı. 21 avqust. REPORT.AZ/ Vaşinqtonda atışma baş verib, nəticədə üç nəfər, o cümlədən iki uşaq yaralanıb.

"Report" xəbər verir ki, hazırda baş vermiş hadisədə şübhəli bilinən  qara rəngli "Sedan" markalı avtomobil hüquq-mühafizə orqanları tərəfindən axtarılır.

Bildirilir ki, 6 yaşlı qız ayağından güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Daha bir uşaq və qadın da atışma zamanı sınmış parçalardan xəsarət alaraq xəstəxanaya aparılıb.

44 filmi