ABŞ-da 1 nəfəri öldürən, 2 nəfəri yaralayan şəxs saxlanılıb - VİDEO - YENİLƏNİB - FOTO

Digər ölkələr
  • 04 oktyabr, 2019
  • 02:14
ABŞ-da 1 nəfəri öldürən, 2 nəfəri yaralayan şəxs saxlanılıb - VİDEO - YENİLƏNİB - FOTO

ABŞ-ın hüquq-mühafizə orqanlarının əməkdaşları Vankuver şəhərində yaşayış binasında 3 nəfərə atəş açan şəxsi saxlayıblar.

Bu barədə "Report" ABC-yə istinadən xəbər verir. 

Qeyd edilir ki, cinayətkar polislə danışıqlardan sonra təslim olub.

Dəqiqləşdirilmiş son məlumata görə, hadisə nəticəsində 1 nəfər həlak olub, daha 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. 


***03:30

Vaşinqtonda yaşayış evində baş verən atışma nəticəsində 3 nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə ABC telekanalı bildirib.

Qeyd edilir ki, yaralılardan ikisi ağır vəziyyətdədir.

Telekanalın polisə istinad məlumatına görə, hadisəni törədən şəxs öz mənzilində gizlənib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onu təslim etməyə çalışırlar.

ABŞ-da 1 nəfəri öldürən, 2 nəfəri yaralayan şəxs saxlanılıb - VİDEO - YENİLƏNİB - FOTO