Vaşinqtonda ABŞ və Yaponiyanın XİN və MN başçıları arasında görüş olacaq

Vaşinqtonda ABŞ və Yaponiyanın XİN və MN başçıları arasında görüş olacaq ABŞ və Yaponiyanın xarici işlər və müdafiə nazirləri Yaponiyanın baş naziri Fumio Kisidanın ölkəyə səfərindən əvvəl - yanvarın 11-12-də Vaşinqtonda görüşlər keçirəcəklər.
Digər ölkələr
6 Yanvar , 2023 08:03
Vaşinqtonda ABŞ və Yaponiyanın XİN və MN başçıları arasında görüş olacaq

ABŞ və Yaponiyanın xarici işlər və müdafiə nazirləri Yaponiyanın baş naziri Fumio Kisidanın ölkəyə səfərindən əvvəl - yanvarın 11-12-də Vaşinqtonda görüşlər keçirəcəklər.

“Report” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayder brifinqdə deyib.

Onun sözlərinə görə, ABŞ-nin müdafiə naziri Lloyd Ostin və dövlət katibi Entoni Blinken yanvarın 11-də Dövlət Departamentində Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi və müdafiə naziri Yasukudzu Hamadanın iştirakı ilə birgə görüş keçirəcəklər. Növbəti gün ABŞ MN rəhbəri yaponiyalı həmkarını Pentaqonda qəbul edəcək və görüşdə iki ölkə arasında strateji əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır.

Gələn həftə bu il Yeddilik Qrupuna (“G7”) sədrlik edən Yaponiyanın Baş naziri bu birliyə üzv ölkələrə turneyə çıxacaq. Yaponiya XİN-in açıqladığı cədvələ əsasən, Kisida yanvarın 9-da Parisə, bundan sonra yanvarın 10-da Romaya, 11-də Londona, 12-də Ottavaya səfər edəcək. Yanvarın 13-də Vaşinqtonda ABŞ Prezidenti Cozef Baydenlə görüş planlaşdırılır. Ağ evin mətbuat katibi Karin Jan-Pyerin daha öncə verdiyi bilgiyə görə, Bayden və Kisida xüsusilə Rusiya-Ukrayna müharibəsi, həmçinin Şimali Koreyada nüvə və raket tədqiqini müzakirə etməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi