Yuxarı

​Vaşinqton növbəti Rusiya təyyarəsinin Türkiyə sərhədlərini pozduğunu təsdiqləyib

Pentaqon Moskvanı yenidən Türkiyənin hava məkanına hörmətlə yanaşmağa çağırıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Ötən gün Rusiyanın hərbi "Su-34" təyyarəsi həqiqətən Türkiyənin hava məkanını pozub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Mark Rayt bildirib.

"Biz məlumatlardan xəbərdarıq və təsdiq edə bilərik ki, ötən gün daha bir Rusiya hərbi təyyarəsi Türkiyə və NATO-nun hava məkanını pozub", - deyə Rayt qeyd edib.

Eyni zamanda məmur əlavə edib ki, Pentaqon Moskvanı yenidən Türkiyənin hava məkanına hörmətlə yanaşmağa və regionda gərginliyin artma riskinə gətirib çıxa biləcək hərəkətlərə son qoymağa çağırıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sözügedən insidentdən sonra Rusiya prezidenti Vladimir Putinlə görüşmək istədiyini bildirib.

Türkiyə XİN-i dünən Rusiyaya məxsus "Su-34" təyyarəsinin ölkənin hava məkanını pozduğunu bəyan edib. Rusiya Müdafiə Nazirliyi öz növbəsində faktı təkzib edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi