Vanuatu sahillərində 7,3 maqnitudada zəlzələ baş verib

Vanuatu sahillərində 7,3 maqnitudada zəlzələ baş verib Sakit okeanda ada ölkəsi Vanuatu sahillərində maqnitudası 7,3 bal olan zəlzələ baş verib.
Digər ölkələr
7 Dekabr , 2023 18:39
Vanuatu sahillərində 7,3 maqnitudada zəlzələ baş verib

Sakit okeanda ada ölkəsi Vanuatu sahillərində maqnitudası 7,3 olan zəlzələ baş verib.

"Report" ABŞ Geoloji Xidmətinə istinadən xəbər verir ki, yeraltı təkanlar İsangel şəhərindən 125 km cənubda qeydə alınıb, zəlzələ ocağı 32 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Proqnozlara görə, zəlzələ Vanuatu və Yeni Kaledoniya sahilləri boyunca yeraltı təkanların episentrindən 300 km məsafədə sunami dalğalarının yaranmasına səbəb ola bilər.

Son xəbərlər

Orphus sistemi