Hindistanın Uttar-Pradeş ştatının Hardoy dairəsinin Bilqrem rayonunda 11 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, bu barədə yerli iqtidar orqanlarına istinadən Hindistan KİV məlumat yayıb.
“Altı qadın və üç uşaq da daxil olmaqla 11 nəfər həlak olub, daha dörd nəfər isə yük maşınının avtorikşaya çırpılması nəticəsində xəsarət alıb”, – məlumatda qeyd olunub.
Rayonun baş polis zabiti bildirib ki, qəza yük maşını və avtorikşanın motosikllə toqquşmamaq üçün yoldan çıxması sonucunda baş verib.
Məlumata görə, Uttar-Pradeş ştatının baş naziri Yoqi Adityanath Hardoy dairə administrasiyasına xəsarət alanlara və həlak olanların qohumlarına dərhal kompensasiya ödənilməsi tapşırığı verib.