ÜST: Yəməndə aprel ayından bəri 1700 nəfər vəbadan ölüb

ÜST: Yəməndə aprel ayından bəri 1700 nəfər vəbadan ölüb Son məlumatlara görə, Yəməndə 330 mindən çox vəbaya yoluxma və 1700 ölüm halı qeydə alınıb
Digər ölkələr
14 İyul , 2017 15:09
ÜST: Yəməndə aprel ayından bəri 1700 nəfər vəbadan ölüb

Bakı. 14 iyul. REPORT.AZ/ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yəməndə bu il aprelin sonunda başlayan vəba epidemiyası nəticəsində indiyə qədər 1700 nəfərin öldüyünü qeydə alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ÜST-nin vəbaya qarşı mübarizə üzrə eksperti Dominik Leqro Cenevrədə keçirdiyi brifinqdə bildirib.

"Son məlumatlara görə, Yəməndə 330 mindən çox vəbaya yoluxma və 1700 ölüm halı qeydə alınıb", - ekspert vurğulayıb.

Son xəbərlər

Orphus sistemi