ÜST koronavirusla bağlı iclas keçirəcək

ÜST koronavirusla bağlı iclas keçirəcək Yanvarın 30-da Ümumdünya Səhiyyə Təşkilatının komitəsi koronavirusla bağlı Cenevrədə iclas keçirəcək.
Digər ölkələr
29 Yanvar , 2020 20:56
ÜST koronavirusla bağlı iclas keçirəcək

Yanvarın 30-da Ümumdünya Səhiyyə Təşkilatının komitəsi koronavirusla bağlı Cenevrədə iclas keçirəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, qurumun Mətbuat xidmətindən verilən məlumata görə, iclasda koronavirusun (2019-nCoV) Çində yayılaraq yeni tipli pnevmoniya törətməsilə bağlı beynəlxalq fövqəladə vəziyyət elan edib-etməmək barədə qərar veriləcək.

“Komitə bu hadisənin beynəlxalq miqyaslı narahatlıq yaradan fövqəladə vəziyyət olub-olmaması ilə bağlı ÜST-nin baş direktoruna tövsiyə təqdim edəcək”, - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi