ÜST koronavirusla bağlı fövqəladə iclas keçirəcək

ÜST koronavirusla bağlı fövqəladə iclas keçirəcək Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) cümə axşamı fövqəladə komitənin iclasında dünyada COVID-19-la bağlı vəziyyəti müzakirə edəcək.
Digər ölkələr
14 Yanvar , 2021 00:35
ÜST koronavirusla bağlı fövqəladə iclas keçirəcək
0 : 00
0 : 00

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) cümə axşamı fövqəladə komitənin iclasında dünyada COVID-19-la bağlı vəziyyəti müzakirə edəcək.

Bu barədə “Report” təşkilatın mətbuat xidmətinin açıqlamasına istinadən xəbər verir.

Qeyd edilir ki, növbəti iclas 2020-ci ilin 22 yanvarından bu günə kimi keçirilən altıncı toplantı olacaq. İclasın nəticələrinə əsasən ÜST-ün baş direktoruna və üzv ökələrə vəziyyətin nizama salınması üzrə tövsiyələr veriləcək.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi