Uruqvayda ümumi tətil ölkə həyatını qismən iflic edib

Uruqvayda ümumi tətil ölkə həyatını qismən iflic edib Çərşənbə axşamı Uruqvayda həmkarlar ittifaqlarının kütləvi işdən çıxarılma hallarına etiraz əlaməti olaraq keçirdiyi ümumi tətil artıq ölkə həyatını qismən iflic edib.
Digər ölkələr
26 İyun , 2019 06:44
Uruqvayda ümumi tətil ölkə həyatını qismən iflic edib

Çərşənbə axşamı Uruqvayda həmkarlar ittifaqlarının kütləvi işdən çıxarılma hallarına etiraz əlaməti olaraq keçirdiyi ümumi tətil artıq ölkə həyatını qismən iflic edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Cronista" portalı yazıb.

Bildirilir ki, tətil 24 saat davam edəcək.

Tətildə əməli olaraq iqtisadiyyatın bütün sahələri, ictimai nəqliyyat, dövlət təhsil müəssisələri, bank və ticarət müəssisələrinin işçiləri iştirak edirlər. Yekunda çərşənbə axşamı paytaxt Montevideo küçələri yarıboş vəziyyətə düşüb.

Nəticədə paytaxt Montevideo küçələri çərşənbə axşamı yarıboş vəziyyətə düşüb, ictimai nəqliyyat isə son dərəcə qısaldılmış sxem üzrə işləyib.

Etiraz aksiyalarına bilavasitə Braziliyanın energetika nəhəngi "Petrobras"ın ölkədən çıxdığını elan etməsi, ona məxsus olan yanacaqdoldurma məntəqəsini satması və çoxlu sayda əməkdaşının işdən çıxarılması səbəb olub.

Son xəbərlər

Orphus sistemi