Uruqvayda daşqınlarla əlaqədar 1,7 min insan evlərini tərk edib
Digər ölkələr
- 14 aprel, 2017
- 02:04
Bakı. 14 aprel. REPORT.AZ/ Uruqvayda yağışların yağması və Kuareym çayının daşması ilə əlaqədar baş vermiş güclü daşqınlar səbəbindən 1,7 min insan evlərini tərk edib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin Fövqəladə Vəziyyətlər üzrə Milli Sistemi məlumat yayıb.
Məlumatda bildirilir ki, 1000-dən çox insan özü təhlükəsiz yerə gedib. Digərlərini isə yerli orqanlar təxliyə edib.
Sakinlər 15 müvəqqəti sığınacağa yerləşdirilib. Onlar qida və zəruri əşyalarla təchiz olunublar.
İndi Kuareym çayının səviyyəsi 8,8 metr, yaxud çərşənbə günü ilə müqayisədə 3 metr aşağıdır. Hakimiyyət orqanları hesab edir ki, əgər daşqınlar yenidən başlamasa, sakinlər 2 gün ərzində evlərinə qayıda bilərlər.
Son xəbərlər
02:44
AVRO-2028-in final oyunu "Uembli" stadionunda keçiriləcək
Futbol02:07
İtaliyanın "Corriere della Sera" qəzeti Lavrovla müsahibənin dərcindən imtina edib
Media01:40
ABŞ Karib hövzəsində narkotik ticarətinin qarşısını almağa davam edəcək
Digər ölkələr01:26
İraq Baş nazirinin koalisiyası parlament seçkilərində qalib gəlib
Digər ölkələr01:09
NASA-nın peyk buraxılışı Günəş aktivliyinə görə təxirə salınıb
Elm və təhsil00:56
Video
Qərbi Azərbaycan Xronikası: Zəngi mahalı adı saxtalaşdırılaraq Zəngəzur adlandırılıb
Daxili siyasət00:42
FTB rəhbəri: Çin ABŞ ilə müqavilə çərçivəsində 13 fentanil prekursorunu qadağan edib
Digər ölkələr00:21
Polşa klubu FIBA Avropa Kubokunda "Abşeron Lions"u məğlub edib
Komanda00:15