“Müharibənin ilk ayında əməkdaşlarımızdan bəziləri yeraltı sığınacaqlarda işləyib və hava hücumu xəbərdarlığına görə elə orada da gecələyiblər”.
Bunu “Report”a müsahibəsində UNİAN İnformasiya Agentliyinin Baş direktoru Mixail Qanitski bildirib.
“Biz jurnalistlər adətən xəbərlərin azlığından, yazmağa heç nəyin olmamasından şikayətlənirik. Fevralın 24-dən bizdə belə günlər yoxdur. Təəssüf ki, heç bir pis xəbərin olmadığı günlər də yoxa çıxıb”, - o vurğulayıb.
“Rusiya enerji infrastrukturuna kütləvi zərbələr endirir və indi bizim elektrik enerjisi ilə bağlı problemlərimiz var. Elektrik enerjisi ötürülməsi kəsildikdə internet və mobil rabitə də kəsilir. Yəni redaksiya iş prosesindən kənara qalır. İşi elə planlaşdırmağa başladıq ki, növbəyə müxtəlif şəhərlərdən və ya eyni şəhərin müxtəlif rayonlarından olan işçilər düşsünlər. O zaman şans var ki, kiminsə əlaqəsi olmayanda, başqası işi davam etdirə bilsin”, - M.Qanitski deyib.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.