Ukrayna Prezidenti Volodimir Zelenski “Taxıl sazişi”nin müddətinin uzadılacağını təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
BMT-nin Baş katibi Antonio Quterreş də bununla bağlı razılıq əldə olunduğunu açıqlayıb.
“Mən Ukraynadan taxıl, ərzaq və gübrə ixracının təhlükəsiz ixracını asanlaşdırmaq üçün Qara Dəniz Taxıl Təşəbbüsünün davam etdirilməsi ilə bağlı razılaşmanı alqışlayıram”, - o tviterdə yazıb.
Baş katibin sözlərinə görə, təmkinli diplomatiya davam etdirilməlidir.
Diplomatik mənbələr “Taxıl sazişi”nin müddətinin uzadılması barədə qərarın İstanbulda aparılan müzakirələrin sonunda qəbul edildiyini açıqlayıb.
“Taxıl sazişi”nin müddəti uzadılacaq”.
“Report” xəbər verir ki, bunu Ukraynanın infrastuktur naziri Oleksandr Kubrakov tviterdə yazıb.
O bildirib ki, sazişin vaxtı daha 120 gün artırılacaq.
Nazir həmçinin BMT-nin Baş katibi Antonio Quterreşə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Türkiyənin milli müdafiə naziri Hulusi Akara təşəkkür edib: “Quterreş, Ərdoğan və Akar qolobal ərzaq böhranı ilə mübarizədə daha bir mühüm addım atdı”.
Xatırladaq ki, “Taxıl sazişi”nin vaxtı noyabrın 19-da başa çatır.
Qeyd edək ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxılın ixracı prosedurunu tənzimləyir. Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan İstanbulda Birgə Koordinasiya Mərkəzi silah qaçaqmalçılığının qarşısını almaq və təxribatları istisna etmək üçün taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub.