Ukraynalı pilotlar F-16 qırıcı təyyarələri ilə təlim keçmək üçün Danimarkaya gedib

Ukraynalı pilotlar F-16 qırıcı təyyarələri ilə təlim keçmək üçün Danimarkaya gedib Ukraynanın 8 pilotu F-16 qırıcı təyyarələri ilə təlim keçmək üçün Danimarkaya gedib.
Digər ölkələr
22 Avqust , 2023 17:58
Ukraynalı pilotlar F-16 qırıcı təyyarələri ilə təlim keçmək üçün Danimarkaya gedib

Ukraynanın 8 pilotu F-16 qırıcı təyyarələri ilə təlim keçmək üçün Danimarkaya gedib.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, onlar Skrudstrupdakı aviabazada təlim keçəcəklər.

Qeyd edək ki, avqustun 18-də media ABŞ-nin F-16 təyyarələrinin Danimarka və Niderlanddan Ukraynaya təhvil verilməsinə razılıq verdiyi barədə məlumat yayıb. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan vurğulayıb ki, Ukrayna pilotların təlimi başa çatdıqdan sonra qırıcı təyyarələr alacaq.

Son xəbərlər

Orphus sistemi