Ukraynada yeganə fəaliyyət göstərən duz zavodu satışa çıxarılıb

Ukraynada yeganə fəaliyyət göstərən duz zavodu satışa çıxarılıb Ukraynada yeganə fəaliyyət göstərən Droqobiç duz zavodunun adı özəlləşdirmə siyahılarına daxil edilib.
Digər ölkələr
17 Sentyabr , 2024 08:50
Ukraynada yeganə fəaliyyət göstərən duz zavodu satışa çıxarılıb

Ukraynada yeganə fəaliyyət göstərən Droqobiç duz zavodunun adı özəlləşdirmə siyahılarına daxil edilib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Əmlak Fondu öz feysbuk səhifəsində məlumat yayıb.

Qeyd olunub ki, Droqobiç duz zavodu Ukraynanın ən qədim müəssisəsidir və 700 ildən artıqdır ki, orijinal orta əsr texnologiyasından istifadə edərək duz qaynatmaqda davam edir:

“İndi Ukraynada yemək duzunun yeganə istehsalçısıdır. Bu gün bu müəssisə təkcə sənaye sahəsi deyil, həm də rayonda turizmi inkişaf etdirən məkandır”.

Bildirilib ki, bu gün obyekt artıq özəlləşdirməyə hazırlanır. Fond bu qərarını duz zavodunun inkişafa ehtiyacı olması ilə izah edib.

Son xəbərlər

Orphus sistemi