Ukraynada Polşa vətəndaşları üçün xüsusi təminatlar haqqında qanun layihəsi qəbul edilib

Ukraynada Polşa vətəndaşları üçün xüsusi təminatlar haqqında qanun layihəsi qəbul edilib Ukrayna Ali Radası Ukraynada yaşayan Polşa vətəndaşlarına hüquqi və sosial təminat verib. Cümə axşamı keçirilən plenar iclasda 7550 saylı müvafiq qanun layihəsinin lehinə ümumilikdə 283 xalq deputatı səs verib.
Digər ölkələr
29 İyul , 2022 04:39
Ukraynada Polşa vətəndaşları üçün xüsusi təminatlar haqqında qanun layihəsi qəbul edilib

Ukrayna Ali Radası Polşa vətəndaşlarına hüquqi və sosial təminat verib.

“Report” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə parlamentin deputatı Yaroslav Jeleznyak (“Səs” fraksiyası) teleqram kanalında məlumat verib.

Qanun layihəsi Polşa vətəndaşlarına və onların ailələrinə 18 ay müddətində Ukrayna ərazisində qalmaq imkanının verilməsini təklif edir.

Layihəyə əsasən, polyaklar Ukrayna vətəndaşları kimi bütün hüquq və azadlıqlardan - əcnəbi işçi qüvvəsindən istifadə üçün xüsusi icazə olmadan işləmək, vergi ödəyicisi kimi dövlət qeydiyyatı almaq, bizneslə məşğul olmaq, təhsil və tibbi yardım almaqdan istifadə edə biləcəklər.

Son xəbərlər

Orphus sistemi