Ukraynada alkoqollu zəhərlənmədən ölənlərin sayı 68-ə çatıb

Ukraynada alkoqollu zəhərlənmədən ölənlərin sayı 68-ə çatıb Zəhərlənmələr Xarkovda, Donetskdə, Luqanskda, Nikolayevdə, Jıtomirskdə qeydə alınıb
Digər ölkələr
4 Noyabr , 2016 21:42
Ukraynada alkoqollu zəhərlənmədən ölənlərin sayı 68-ə çatıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Ukraynada surroqat alkoqolla zəhərlənmədən ölənlərin sayı 68 nəfərə çatıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Qida Məhsullarının Təhlükəsizliyi və İstehlakçıların Müdafiəsi Məsələləri üzrə Dövlət Qulluğu məlumat yayıb.

Daha əvvəl idarə 143 zəhərlənmə hadisəsinin qeydə alındığı bildirirdi. Bunlardan 65-i ölümlə nəticələnib. 

Qeyd edək ki, alkoqolla zəhərlənmə haqqında xəbərlər 21 sentyabrdan yayılmağa başlayıb. Zəhərlənmə halları və bu səbəbdən baş verən ölüm faktları Xarkov vilayətində, Donetskdə, Luqanskda, Nikolayevdə, Jıtomirskdə qeydə alınıb.

"Saxtalaşdırılmış təhlükəli alkoqoldan 145 zəhərlənmə hadisəsi qeydə alınıb. Onlardan 68-i ölümlə nəticələnib" - deyə rəsmi məlumatda bildirilir.

Hüquq-mühafizə orqanları saxta alkoqolun istehsalı ilə bağlı 11 nəfəri saxlayıb. Ukrayna Prokurorluğundan bildirdi ki, Kiyevdə məhkəməyə surroqat alkoqolun qanunsuz istehsalının təşkilində və satışında şübhəli bilinən 25 yaşlı kişi barəsində ittiham aktı göndərilib.

Son xəbərlər

Orphus sistemi