Ukraynanın Luçk şəhərində avtobusda 20-yə yaxın şəxsi girov götürmüş cinayətkar saxlanılıb.
Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.
Qeyd edək ki, hadisə bu gün səhər baş verib. Luçk şəhərində silahlı şəxs avtobusda 20-yə yaxın mülki şəxsi girov götürüb. Bildirilirdi ki, onda silah və partlayıcı maddə var. Polis hadisə ilə bağlı "Girov" əməliyyatına başlayıb.
Məlumata görə, güc strukturlarının əməkdaşları girovların hamısını azad edib. Hazırda onlar təhlükəsiz şəraitdədir.
Cinayətkar bir neçə saat əvvəl girov götürdüyü şəxslərdən 3-ünü sərbəst buraxıb. O, mülki şəxsləri 12 saatdan çox girov saxlayıb. Həmin şəxsin Rusiya əsilli Maksim Krivoş olduğu müəyyənləşdirilib. O, əvvəl də törətdiyi ağır cinayətlərə görə 2 dəfə məhkum edilib.