Ukrayna XİN: “Rusiyanın İran silahlarından istifadəsinə qarşı sərt tədbirlər görəcəyik”

Ukrayna XİN: “Rusiyanın İran silahlarından istifadəsinə qarşı sərt tədbirlər görəcəyik” “Kiyev Rusiyanın Ukraynaya qarşı İran silahlarından istifadə etməsinin qarşısını almaq üçün sərt tədbirlər görməyə davam edəcək”.
Digər ölkələr
5 Noyabr , 2022 18:39
Ukrayna XİN: “Rusiyanın İran silahlarından istifadəsinə qarşı sərt tədbirlər görəcəyik”

“Kiyev Rusiyanın Ukraynaya qarşı İran silahlarından istifadə etməsinin qarşısını almaq üçün sərt tədbirlər görməyə davam edəcək”.

“Report” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Oleq Nikolenko feysbuk səhifəsində yazıb.

“İranın xarici işlər naziri açıq şəkildə etiraf edib ki, Tehran Ukraynaya genişmiqyaslı müdaxilədən bir neçə ay əvvəl Rusiyaya pilotsuz uçuş aparatları (PUA) təhvil verib. Amma bundan qabaq İran Rusiyaya silah tədarükü həyata keçirdiyini inkar edirdi”, - o qeyd edib.

Onun sözlərinə görə, Tehran anlamalıdır ki, Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi cinayətlərdə iştirak etməyin mənfi nəticələri Moskvaya dəstək verən zaman əldə etdiyi faydadan qat-qat böyük olacaq.

Son xəbərlər

Orphus sistemi