Yuxarı

Ukrayna XİN: Suriyaya hərbçilərin göndərilməsi haqqında məlumat həqiqətə uyğun deyil

Ukraynanın tərəfdaşları belə bir müraciət etməyib

Bakı. 1 fevral. REPORT.AZ/ Ukrayna Xarici İşlər Nazirliyi (XİN) KİV-də adıçəkilən ölkənin Suriyada İŞİD terror qruplaşmasına qarşı mübarizə məqsədilə hərbçilərini göndərəcəyi haqqında yayılan məlumatın dezinformasiya olduğunu açıqlayıb.

"Report" "Ukrainskaya Pravda"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Dmitri Kuleba məlumat verib.

"Bu yalandır. Biz Yaxın Şərqdə münaqişəyə son qoyulması üzrə tərəfdaşlarımızla fəal əməkdaşlıq edirik. Amma Ukrayna Silahlı Qüvvələrinin regionda, o cümlədən Suriya və İraqda istifadə olunmasından söhbət belə gedə bilməz", - deyə D.Kuleba bildirib.

Kuleba, həmçinin əlavə edib ki, Ukraynanın tərəfdaşları belə bir müraciət etməyib.

Xatırladaq ki, daha əvvəl "Independent" nəşri Ukrayna hökumətindəki mənbəsinə istinadən Ukraynanın İŞİD-ə qarşı mübarizədə ABŞ-a öz yardımını təklif edəcəyini, hətta rəsmi Kiyevin bir neçə ssenari, o cümlədən hərbi dəstəyin nəzərdə tutulduğu plan hazırladığını məlumat vermişdi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi