Ukrayna Rusiya ilə sazişi ləğv edib

Digər ölkələr
  • 30 noyabr, 2016
  • 11:38
Ukrayna Rusiya ilə sazişi ləğv edib

Bakı. 30 noyabr. REPORT.AZ/ Ukrayna hökuməti Rusiya ilə televiziya və radio yayımı sahəsində əməkdaşlıq haqqında sazişi ləğv edib.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, qərar hökumətin bugünkü iclasında qəbul edilib.

Bundan əlavə, informasiya sahəsində əməkdaşlıq haqqında sazişə də xitam verilib.