Ukrayna qoşunları Luqanskın mərkəzinə çatıb
- 19 avqust, 2014
- 07:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 19 avqust. REPORT.AZ/ Ölkənin qərbində antiterror əməliyyatı aparan Ukrayna qoşunları Luqanskın mərkəzinə çatıb. Report UNİAN agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Andrey Lısenko bildirib.
Onun sözlərinə görə, antiterror əməliyyatı qüvvələri Donbassda əsas şəhərləri mühasirəyə alıb.
"Separatçılar daha şiddətli davranmağa başlayıblar - onlar hiss edirlər ki, artıq sondur. Bazar ertəsi bizim bəzi bölmələrimiz Luqanskın mərkəzi hissələrinə yaxınlaşıb. Artıq şəhərin mərkəzində döyüşlər gedir" - deyə, Lısenko bildirib.
Qeyd edək ki, avqustun 18-də "Donbass" batalyonu, həmçinin Donetskə gedən yolda son əsas məntəqə olan İlovaysk şəhərinə daxil olub.