Ukrayna prezidentinin təyyarəsində texniki nasazlıq yaranıb
Digər ölkələr
- 21 noyabr, 2019
- 01:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna prezidenti Vladimir Zelenskinin təyyarəsində texniki nasazlıq yaranıb.
Bu barədə "Report" "İnterfax.ru"ya istinadən xəbər verir.
Məlumata görə, hadisə dövlət başçısının Rusiyadan qayıtmış gəmilərə baxışı zamanı baş verib. Belə ki, Vladimir Zelenskinin təyyarəsinin mühərrikində problem ortaya çıxıb. Ukrayna prezidenti bu səbəbdən Oçakova təyyarə ilə vaxtında uça bilməyib.
Nasazlıq dövlət başçısının bir neçə saat yubanmasına səbəb olub. Problemin aşkarlanmasından bir qədər sonra Zelenski və onun müşayiət edənlər başqa təyyarəyə miniblər.
Dövlət başçısının mətbuat xidməti xəbəri təsdiqləyib. Bildirilib ki, Oçakov hava limanında həmçinin sentyabrın əvvəllərində azad olunmuş 17 Ukrayna dənizçisi olub.
Son xəbərlər
15:57
Cüdoçu Riner Fransa prezidentliyinə namizədliyini irəli sürəcək
Digər ölkələr
15:54
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan təyinat alıb
Futbol
15:52
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Maliyyə
15:48
Video
İzmirdə zavodda partlayışda ölənlərin sayı 6-ya yüksəlib - Yenilənib-3
Region
15:48
Elçin İbadov: "SOCAR Türkiye"nin aktivləri 692 milyard lirəyə çatıb"
Energetika
15:42
Muxtar Babayev: Mina təhlükəsi qlobal humanitar problem kimi beynəlxalq gündəmə gətirilməlidir
Xarici siyasət
15:39
Ukraynada Kosmik Qüvvələr yaradılır
Region
15:21
Foto
SOCAR və "Sinopec Corp." Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb
Energetika
15:01
"Mançester Yunayted" 73 il sonra antirekordu təkrarlayıb
Futbol