Ukrayna prezidentinin mühafizəsi gücləndirilib

Ukrayna prezidentinin mühafizəsi gücləndirilib Müxalifətin etiraz aksiyası keçirildiyi Kiyevin mərkəzində təhlükəsizlik tədbirləri gücləndirilib
Digər ölkələr
18 Oktyabr , 2017 13:49
Ukrayna prezidentinin mühafizəsi gücləndirilib

Bakı. 18 oktyabr. REPORT.AZ/ Ukraynanın hüquq-mühafizə orqanları ölkə Prezidenti Petro Poroşenkonun iqamətgahının mühafizəsini gücləndirib.

"Report" xəbər verir ki, bu barədə Ali Radanın "Özünəyardım" fraksiyasının deputatı Viktoriya Voytsitskaya "Facebook" səhifəsində məlumat verib.

"Müxalifətin etiraz aksiyasının keçirildiyi Kiyevin mərkəzində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi normaldı, amma daha prezident iqamətgahının qarşısına, ətrafına bu qədər insan, texnika yığmağın mənası nədir?!" - o yazıb

Qeyd edək ki, etiraz aksiyasının iştirakçıları oktyabrın 17-də axşam Ali Radanın binası yaxınlığında çadır qurub. Buna qədər isə etirazçılar hüquq-mühafizə orqanları əməkdaşlarından maneələri alıb və onları Qruşevski və Lipski küçələrinin kəsişməsinə yerləşdirib. Aksiya iştirakçıları deputat toxunulmazlığının ləğvini, ölkədə antikorrupsiya məhkəməsinin yaradılmasını, eləcə də seçki qanunvericiliyinin dəyişdirilməsini tələb edirlər.

Son xəbərlər

Orphus sistemi