Yuxarı

​Ukrayna prezidenti xarici qoşunların ölkəyə buraxılması planını təsdiq edib

Qanun layihəsinə görə ölkə ərazisinə 5 min xarici hərbçi gələcək

Bakı. 26 dekabr. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko 2016-cı ildə xarici qoşunların ölkəyə buraxılması planını təsdiq edib.

"Report" xəbər verir ki, gələn il keçiriləcək təlimlərdə iştirak üçün Ukrayna ərazisinə 5 min ABŞ və NATO dövlətlərinin hərbçiləri gələcək.

Təlimlər "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində keçiriləcək.

Ukrayna Ali Radası cümə günü ölkə prezidentinin xarici qoşunların respublika ərazisinə buraxılmasına dair təklifini səs çoxluğu ilə dəstəkləyib. Qanun layihəsi şənbə günü "Ukraynanın səsi" rəsmi parlament qəzetində dərc edildikdən sonra qüvvəyə minib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi