Yuxarı

Ukrayna prezidenti Türkiyə səfərini ləğv edib

Ukrayna prezidenti Rusiya ordusunun ölkəyə daxil olması ilə əlaqədar Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağırıb

Bakı. 28 avqust. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün bu ölkəyə planlaşdırdığı səfəri ləğv edib. O, Rusiya ordusunun Ukraynaya daxil olması ilə əlaqədar Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) təcili iclasını çağırıb.

Report Ukrayna KİV-nə istinadən xəbər verir ki, prezidentin sözlərinə əsasən, Donetsk vilayətinin Amvrosiyevka və Starobeşevo yaşayış məntəqələrində rus silahlı qüvvələrinin daxil olması ilə əlaqədar vəziyyət kəskinləşib.

Prezident bildirib ki, MTMŞ iclasında gələcək tədbirlər planı hazırlanacaq.

Ukrayna dövlət başçısı həmçinin qeyd edib ki, dünya ictimaiyyəti Ukraynada vəziyyətin kəskin şəkildə pisləşməsinə qiymət verməlidir. Onun sözlərinə görə, Ukrayna Avropa İttifaqı Şurasının fövqəladə iclasını çağırmaq üçün öz avropalı partnyorlarına müraciət edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi