Yuxarı

​Ukrayna MDB Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək

İclasda cinayətkarlıqla mübarizə üzrə dövlətlərarası proqramın reallaşdırılması müzakirə olunacaq

Bakı. 2 sentyabr. REPORT.AZ/ MDB ölkələrinin daxili işlər nazirləri çərşənbə günü Belarusda Ukrayna nümayəndələrinin iştirakı olmadan cinayətkarlıqla mübarizə üzrə dövlətlərarası proqramın reallaşdırılmasını müzakirə edəcəklər.

"Report" xəbər verir ki, bu barədə TASS agentliyinə Belarusun Daxili İşlər Nazirliyindən məlumat verilib.

"İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan və Ermənistan daxili işlər nazirliklərinin nümayəndə heyətləri çıxış edəcəklər. Ukrayna təmsilçiləri tədbirdə iştirak etməyəcək", - deyə məlumatda bildirilir.

Nümayəndə heyəti rəhbərlərinin Belarusun baş naziri ilə görüşəcəkləri ehtimal edilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi