Ukrayna Krımdakı obyektlərə zərbələr endirib
Digər ölkələr
- 13 avqust, 2026
- 15:13
Ukrayna Müdafiə Qüvvələri işğal olunmuş Krımda iki Rusiya hərbi obyektini vurublar.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələrinin "Telegram" kanalındakı məlumatında qeyd olunub.
Ukrayna hərbçilərinin məlumatına görə, Novofedorovka ərazisində "Saki" aerodromunun ərazisindəki dispetçer qülləsi vurulub.
Çernomorskoye ərazisində "Geran"/"Gerbera" tipli zərbə pilotsuz uçuş aparatlarının (PUA) idarə edilməsi üçün nəzərdə tutulmuş retranslyator vurulub.
Ukrayna Silahlı Qüvvələri qeyd edib ki, bu obyektlərin vurulması Rusiya qoşunlarının hərbi aerodromun fəaliyyətini təmin etmək və zərbə PUA-nı idarə etmək imkanlarını azaldır.
"Düşmənin əsas hədəfləri üzrə iş davam edir", - Ukrayna Müdafiə Qüvvələri bildirib.
Son xəbərlər
08:35
Trampı təhdid edən Los-Anceles sakini saxlanılıb
Digər ölkələr08:18
Foto
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:04
Pentaqon COVID-19 vaksinasiyasının hərbçilərin ölümləri ilə mümkün əlaqəsini araşdırır
Digər ölkələr07:48
Bu gün Bakı və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
Energetika07:13
"QR Switch" patent pozuntusuna görə "Telegram"ı məhkəməyə verib
İKT06:47
ABŞ-də dövlət qulluqçuları ilə müsahibələrdə süni intellektdən istifadə ediləcək
Digər ölkələr06:20
ABŞ Sakit okeanda Ekvador narkokartelinin gəmisini batırıb
Digər ölkələr05:51
Aİ ABŞ-nin İranın iqtisadi təcridi ilə bağlı əməliyyatına qoşulub
Digər ölkələr05:25