Bakı. 14 avqust. REPORT.AZ/ Ukrayna Ali Radası Rusiyanın bu ölkədə terroru dəstəkləməsi və maliyyələşdirilməsi ilə bağlı beynəlxalq sanksiyalar haqqında qanun qəbul edib.
Report İnterfaks-a istinadən xəbər verir ki, bu qərarın lehinə Ukrayna parlamentinin 244 deputatı səs verib. Qanun Ukraynada terrorun dəstəklənməsi və maliyyələşdirilməsində ittiham olunan Rusiya və digər ölkələrdən 172 fiziki şəxs və 65 hüquqi şəxs barəsində 29 növ sanksiyanın tətbiqini nəzərdə tutur. Bu sanksiyaların sırasına aktivlərin bloklanması və dondurulması, Ukraynanın internet məkanında işə qadağa, müəyyən partiyaların fəaliyyətinə qadağa, eləcə də onun ərasizindən tranzitə qadağanı göstərmək olar.
Sanksiyalar Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiq olunacaq, bundan sonra prezident müvafiq fərman imzalamalıdır.