Ukrayna XİN başçısı: “Sadə rusiyalıların sosial şəbəkələrdəki reaksiyalarını izləmək ürək ağrıdır”

Ukrayna XİN başçısı: “Sadə rusiyalıların sosial şəbəkələrdəki reaksiyalarını izləmək ürək ağrıdır” “Sadə rusiyalılar Rusiyanın Kremençuqa raket zərbələri endirməsini sosial şəbəkələrdə sevinclə qarşılayıblar”.
Digər ölkələr
28 İyun , 2022 12:04
Ukrayna XİN başçısı: “Sadə rusiyalıların sosial şəbəkələrdəki reaksiyalarını izləmək ürək ağrıdır”

“Sadə rusiyalılar rəsmi Moskvanın Kremençuqa raket zərbələri endirməsini sosial şəbəkələrdə sevinclə qarşılayıblar”.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba tviterdə paylaşım edib.

“Kremençuqda yerləşən ticarət mərkəzinə zərbə endirilməsinə Rusiyanın münasibəti ürək ağrıdır. Sadə rusiyalılar sosial şəbəkələrdə bunu sevinclə qarşılayıblar. Rusiyalı diplomatlar və məmurlar ağılasığmaz konspiroloji nəzəriyyələr irəli sürür, raket zərbəsinin ümumiyyətlə, endirilmədiyini iddia edirlər”, - o yazıb.

Xatırladaq ki, Kremençuqda yerləşən ticarət mərkəzinə raket zərbəsi endirilməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb. Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti indiyədək xəsarət almış 59 nəfər barədə məlumat yayıb. Onlardan 25 nəfəri xəstəxanaya yerləşdirilib, 1 nəfər xəstəxanada vəfat edib.

Son xəbərlər

Orphus sistemi