Yuxarı

​Ufada Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlət başçıları Şurasının toplantısı işinə başlayıb

Putin: ŞƏT liderləri qarşılıqlı əlaqələrin istiqamətlərini müəyyənləşdirəcək və beynəlxalq məsələləri müzakirə edəcəklər

Bakı. 10 iyul. REPORT.AZ/ Ufada Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlət başçıları Şurasının toplantısı işinə başlayıb.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, ölkə başçıları əvvəlcə dar formatda görüşəcək, sonra isə geniş tərkibdə iclas davam edəcək.

Rusiya prezidenti Vladimir Putin beynəlxalq təşkilata üzv ölkələrin liderlərini Ufa Konqres Salonunun foyesində qarşılayıb.

"Bu gün biz ŞƏT-in 2014-2015-ci illərdəki fəaliyyətinin yekunlarını müzakirə etməli, təşkilatın hazırkı işinin vacib aspektlərini nəzərdən keçirməli və təşkilatın gələcək fəaliyyəti ilə bağlı beynəlxalq və regional məsələlər üzrə əməkdaşlığı istiqamətində fikir mübadiləsi aparmalıyıq",- V. Putin görüşü açaraq bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, dar formatda baş tutacaq görüşlərdə Şanxay Əməkdaşlıq Təşkilatına yeni üzv dövlətlərin qoşulması məsələsi müzakirə ediləcək.

Bir qədər əvvəl Rusiya Federasiyası prezidentinin müşaviri, ŞƏT və BRİKS sammiti üzrə Təşkilat Komitəsinin məsul katibi Anton Kobyakov açıqlama verərək qeyd edib ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi qismində maraq göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi