“Twitter”in işində nasazlıq yarandı

“Twitter”in işində nasazlıq yarandı Dünyanın bir sıra ölkələrində “Twitter” sosial şəbəkəsinin işində nasazlıqlar müşahidə olunur.
Digər ölkələr
12 Aprel , 2020 05:11
“Twitter”in işində nasazlıq yarandı

Dünyanın bir sıra ölkələrində “Twitter” sosial şəbəkəsinin işində nasazlıqlar müşahidə olunur.

“Report” xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidməti məlumat yayıb.

Qeyd edilir ki, nasazlıqlardan ən çox Böyük Britaniya, ABŞ, Rusiya və İspaniyada yaşayan sosial şəbəkə istifadəçiləri şikayət edirlər.

Xidmətin məlumatına görə, istifadəçilərin çox hissəsi (49%) saytın işində nasazlıqların olmasından gileylənirlər. Daha 28% istifadəçi “iPhone” və ya “iPad”-ın proqramlarında problemlərlə qarşılaşıb. İstifadəçilərin 22%-i “Android” proqramlarında sosial şəbəkəyə daxil ola bilmədiklərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi