“Twitter” bəzi istifadəçilərinə problem yaratdı

“Twitter” bəzi istifadəçilərinə problem yaratdı Dünyanın bir sıra ölkələrində “Twitter” sosial şəbəkəsinin işində nasazlıq müşahidə olunur.
Digər ölkələr
145
14 Aprel , 2020 06:55
“Twitter” bəzi istifadəçilərinə problem yaratdı

Dünyanın bir sıra ölkələrində “Twitter” sosial şəbəkəsinin işində nasazlıq müşahidə olunur.

“Report” xəbər verir ki, bu barədə məşhur internet-resursların işini izləyən “Downdetector” xidməti məlumat yayıb.

Qeyd edilir ki, nasazlıqlar haqqında Böyük Britaniya, Almaniya, Fransa, ABŞ və Yaponiyada yaşayan sosial şəbəkə istifadəçiləri bildirirlər.

Xidmətin məlumatına görə, istifadəçilərin çox hissəsi (60%) saytın işində nasazlıqlardan şikayət edir. Daha 21% istifadəçi “Android” üçün proqramda problemlərlə üzləşib. “iPhone” və “iPad” üçün proqramlarında da (17%) sosial şəbəkəyə daxil olmaqda çətinliklər müşahidə edilib.

Bu, son günlər həmin sosial şəbəkənin işində yaranan növbəti nasazlıqdır. Aprelin 12-də də dünyanın bir sıra ölkələrində “Twitter” sosial şəbəkəsinin işində nasazlıqlar müşahidə olunub. Həmin gün nasazlıqlardan ən çox Böyük Britaniya, ABŞ, Rusiya və İspaniyada yaşayan sosial şəbəkə istifadəçiləri şikayət edirdilər.

Son xəbərlər

Orphus sistemi