Avropa İttifaqında komissiya başçılarının seçilməsində fikir ayrılığı yaranıb

Avropa İttifaqında komissiya başçılarının seçilməsində fikir ayrılığı yaranıb Avropa İttifaqı (Aİ) Şurası ilə Avropa Parlamenti arasında Avropa Komissiyası sədrləri vəzifəsinə namizədlərin seçilməsi fonunda fikir ayrılığı yarana bilər.
Digər ölkələr
29 May , 2019 10:16
Avropa İttifaqında komissiya başçılarının seçilməsində fikir ayrılığı yaranıb

Avropa İttifaqı (Aİ) Şurası ilə Avropa Parlamenti arasında Avropa Komissiyası sədrləri vəzifəsinə namizədlərin seçilməsi fonunda fikir ayrılığı yarana bilər.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının başçısı Donald Tusk bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Şurası ilə Avropa Parlamenti arasında institusional münaqişənin yaranmasında heç kim maraqlı deyil.

D.Tusk əlavə edib ki, istənilən münaqişə riskindən müzakirə yolu ilə yayınmaq olar: “Bu məsələnin həlli yolunu tapmaq üçün Avropa İttifaqı Şurası ilə Avropa Parlamenti danışıqlar aparır”.

Qeyd edək ki, mayın 26-da Avropa İttifaqının 21 ölkəsində Avropa Parlamentinə seçkilər keçirilib. Parlamentə ittifaqın 28 ölkəsindən 751 deputat seçilib.

Son xəbərlər

Orphus sistemi