Türkmənistanda saç boyaları və dırnaqlar üçün gellər qadağan edilib

Türkmənistanda saç boyaları və dırnaqlar üçün gellər qadağan edilib Bakı. 3 aprel. REPORT.AZ/ Türkmənistan gömrüyü ölkəyə saçlar üçün rəngli boyalar, saçın rəngini açmaq və saçı rəngsizləşdirmək üçün vasitələrin gətirilməsinə qadağa qoyub.
Digər ölkələr
3 Aprel , 2018 17:28
Türkmənistanda saç boyaları və dırnaqlar üçün gellər qadağan edilib

Bakı. 3 aprel. REPORT.AZ/ Türkmənistan gömrüyü ölkəyə saçlar üçün rəngli boyalar, saçın rəngini açmaq və saçı rəngsizləşdirmək üçün vasitələrin gətirilməsinə qadağa qoyub.

Bu barədə "Report" "Xronika Turkmenistana"ya istinadən xəbər verir.

Eyni zamanda dükanların rəflərindən saçların rəngini açan vasitələrin, dırnaq laklarının və digər oxşar məhsulların yığışdırılmasına başlanılıb.

Bundan başqa, kiprik və dırnaq qaynaqları üçün materialların ölkəyə gətirilməsi qadağan edilib. Qadağalarla əlaqədar bu məhsulların qiyməti 1,5 dəfə artıb.

Rayon administrasiyalarının əməkdaşları Aşqabad şəhərində gözəllik salonlarına gedərək onların sahiblərinə xidmət siyahısından kirpik və dırnaqların qaynaq edilməsini, eləcə də saçların rəngsizləşdirilməsini çıxarmağı məsləhət görüblər.

Qeyd edək ki, daha əvvəl Türkmənistanda dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan xanımlara dırnaqları və kirpikləri uzatmaq, saçları rəngsizləşdirmək, qızıl bəzək əşyaları geymək qadağası qoyulub.

Son xəbərlər

Orphus sistemi