Türkmənistanda parlament seçkilərinə start verilib

Türkmənistanda parlament seçkilərinə start verilib Bakı. 25 mart. REPORT.AZ/ Türkmənistanda parlament seçkilərinə start verilib.
Digər ölkələr
25 Mart , 2018 06:59
Türkmənistanda parlament seçkilərinə start verilib

Bakı. 25 mart. REPORT.AZ/ Türkmənistanda parlament seçkilərinə start verilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 07:00-da, (Bakı vaxtı ilə saat 6:00-da) açılıb.

Səsvermələr yerli vaxtla saat 19:00-dək davam edəcək. Bundan sonra isə səslərin hesablanmasına başlanılacaq.

Türkmənistan parlamentinə - Məclisə 125 yer uğrunda partiyalar və vətəndaş qrupları tərəfindən namizədlikləri irəli sürülmüş 284 nəfər mübarizə aparır. Seçkilər birmandatlı dairə üzrə keçirilir. 

Deputatlar 5 il müddətinə seçilirlər.

Son xəbərlər

Orphus sistemi