Türkiyənin cənubunda Suriya ərazisindən buraxılan iki mərmi partlayıb

Digər ölkələr
  • 02 yanvar, 2018
  • 17:02
Türkiyənin cənubunda Suriya ərazisindən buraxılan iki mərmi partlayıb

Bakı. 2 yanvar. REPORT.AZ/ Suriya ərazisindən buraxılan iki mərmi Türkiyənin Hatay vilayətində Yayladağı şəhərində partlayıb.

"Report" xəbər verir ki, bu barədə "RİA "Novosti" məlumat yayıb. 

Məlumata görə, ölən və xəsarət alan yoxdur.

Türkiyə Silahlı Qüvvələri raketlərin buraxıldığı ərazilərə cavab atəşı açıb.