Yuxarı

Türkiyənin 2 aviaşirkəti Rusiyaya uçuşları dayandırdı

Buna səbəb kimi yanvarın 1-dən sonra Rusiya tərəfinin pilotların viza müraciətlərinə cavab verməməsi göstərilib

Bakı. 5 yanvar. REPORT.AZ/ Türkiyəyə məxsus "Pegasus" və "Onur Air" aviaşirkətləri Rusiyaya uçuşları dayandırıb.

"Report"un "NTV" telekanalına istinadən verdiyi xəbərə görə, buna səbəb kimi yanvarın 1-dən sonra Rusiya tərəfinin pilotların viza müraciətlərinə cavab verməməsi göstərilib.

"Pegasus" aviaşirkətinin rəsmiləri yanvarın 16-na qədər olan səfərlər üçün satılan biletlərin müştərilərə geri qaytarılacağını açıqlayıb. "Onur Air" şirkəti də oxşar addım atıb.

Qeyd edək ki, "Pegasus" şirkəti İstanbuldan Moskva bə Krasnodar şəhərlərinə birbaşa uçuşlar həyata keçirirdi. "Onur Air" şirkətinə məxsus təyyarələr isə Nalçik şəhərinə səfər edirdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi