Bakı. 16 aprel. REPORT.AZ/ Türkiyədə ölkə konstitusiyasına düzəlişlərlə bağlı referendum başa çatıb.
“Report” xəbər verir ki, ölkənin seçki məntəqələri Bakı vaxtı ilə saat 18:00-da qapanıb.
Ölkənin 32 əyalətində səsvermə bir saat tez başlayıb.
Təqribən 55 milyon insanın 81 əyalətdə konstitusiyaya düzəlişlərlə bağlı referendumda səs vermək hüququ olub.