Türkiyədə növbəti terror aktı törədilib: 12 hərbçi yaralanıb

Türkiyədə növbəti terror aktı törədilib: 12 hərbçi yaralanıb Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir
Digər ölkələr
1 İyun , 2016 18:59
Türkiyədə növbəti terror aktı törədilib: 12 hərbçi yaralanıb

Bakı. 1 iyun. REPORT.AZ/ Türkiyənin cənub-şərqindəki Mardin vilayətinin Nusaybin şəhərində terror aktı törədilib. 

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, PKK terrorçularının binaya yerləşdirdiyi əldəqayırma partlayıcı qurğunun əməliyyat zamanı partlaması nəticəsində 12 hərbçi yaralanıb. 

Məlumata görə, Türkiyə əsgərləri dağıntıların altından hərbçi yoldaşlarının yardımı ilə çıxarılaraq rayon xəstəxanasına çatdırılıblar. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. 

Son xəbərlər

Orphus sistemi