Türkiyədə məhkəmə binasında polisi öldürərək bir nəfəri girov götürən şəxs intihar edib - YENİLƏNİB

Türkiyədə məhkəmə binasında polisi öldürərək bir nəfəri girov götürən şəxs intihar edib - YENİLƏNİB Hadisə Bursa əyalətində baş verib
Digər ölkələr
5 İyul , 2017 00:23
Türkiyədə məhkəmə binasında polisi öldürərək bir nəfəri girov götürən şəxs intihar edib - YENİLƏNİB
Foto: Associated Press

Bakı. 5 iyul. REPORT.AZ/ Türkiyənin Bursa əyalətində yerləşən məhkəmə binasında polisi öldürən, həmçinin bir nəfəri girov götürən şəxs özünə qəsd edib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, hazırda hüquq-mühafizə orqanları hadisənin başvermə səbəblərini araşdırır.


***23:25

Bakı. 4 iyul. REPORT.AZ/ Çərşənbə axşamı Türkiyənin şimal-qərbində naməlum şəxs məhkəmə binasında atəş açıb. Nəticədə bir polis zabiti ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Hurriyet" qəzeti yazıb.

Məlumata görə, cani, həmçinin vəkili yaralayaraq bir nəfəri girov götürüb.

İnsident Bursa əyalətinin Gömlik şəhərində baş verib. Cinayətkarın şəxsiyyəti hələ müəyyən edilməyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və "təcili yardım" maşınları cəlb olunub.

Son xəbərlər

Orphus sistemi