Yuxarı
    Bağlamaq

    Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı daha 4,5 min dövlət qulluqçusu işdən çıxarılıb

    Fövqəladə vəziyyət rejimi çərçivəsində 2585 nəfər təhsil işçisi, jandarmeriyanın 893 və təhlükəsizlik xidmətlərinin 417 əməkdaşı işdən çıxarılıb

    Bakı. 8 fevral. REPORT.AZ/ Türkiyədə ötən il baş vermiş dövlət çevrilişinə cəhdlə əlaqədar daha 4464 nəfər dövlət qulluqçusu işdən çıxarılıb.

    "Report"un məlumatına görə, bu barədə "Resmi Gazete" xəbər verib.

    Məlumatda bildirilir ki, fövqəladə vəziyyət rejimi çərçivəsində 2585 nəfər təhsil işçisi, jandarmeriyanın 893 və təhlükəsizlik xidmətlərinin 417 əməkdaşı hökumətin qərarı işdən çıxarılıb.

    Xatırladaq 2016-cı ilin 16 iyulunda Türkiyədə Fətullah Gülən başqda olmaqla, qiyamçılar qrupu hərbi çevrilişə cəhd edib. Əsas qarşıdurma Ankarada və İstanbulda baş verib. Qarşıdurmalar zamanı 240-dan çox ölkə vətəndaşı həlak olub, 2 mindən çox insan yaralanıb. 

    Qiyam yatırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi