Türkiyədə 10 terrorçu zərərsizləşdirilib

Digər ölkələr
  • 18 sentyabr, 2018
  • 19:59
Türkiyədə 10 terrorçu zərərsizləşdirilib

Bakı. 18 sentyabr. REPORT.AZ/ Türkiyənin şərqində 10 terrorçu zərərsizləşdirilib.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. 

Bildirilir ki, Tunceli vilayətinin Ovacıq rayonunda keçirilən əməliyyat zamanı 6 terrorçu zərərsizləşdirilib. Bununla da sentyabrın 18-də ərazidə zərərsizləşdirilən terrorçuların sayı 10-a çatıb. Əməliyyat aviasiyanın dəstəyi ilə təşkil olunub.

Məlumata görə, Ovacıqda antiterror əməliyyatı davam edir.

44 filmi