Türkiyə və Efiopiya liderləri ikitərəfli əlaqələri müzakirə ediblər

Türkiyə və Efiopiya liderləri ikitərəfli əlaqələri müzakirə ediblər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Efiopiyanın baş naziri Abiy Əhmədlə telefon danışığı aparıb.
Digər ölkələr
2 Avqust , 2021 06:39
Türkiyə və Efiopiya liderləri ikitərəfli əlaqələri müzakirə ediblər
Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Efiopiyanın baş naziri Abiy Əhmədlə telefon danışığı aparıb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatında deyilir.

Qeyd edilir ki, danışıqlar zamanı ikitərəfli münasibətlərin vəziyyəti və regional mövzular müzakirə edilib.

Söhbət əsnasında Türkiyə lideri rəsmi Ankaranın Efiopiyada sülhə və sabitliyə böyük önəm verdiyini vurğulayıb.

Dövlət başçısı əmin edib ki, Türkiyə Efiopiyaya hərtərəfli dəstəyini davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi