​Türkiyə təyyarə daşıyan hərbi gəminin istehsalına başlayacaq

​Türkiyə təyyarə daşıyan hərbi gəminin istehsalına başlayacaq Çoxfunksiyalı "TGC Anatolia" amfibiya hücum gəmisinin hazır olmasından sonra təyyarə daşıyan hərbi gəmi inşa edilə bilər
Digər ölkələr
19 İyun , 2016 07:49
​Türkiyə təyyarə daşıyan hərbi gəminin istehsalına başlayacaq

Bakı. 19 iyun. REPORT.AZ/ Türkiyə yaxın vaxtlarda təyyarə daşıyan hərbi gəminin istehsalına başlayacaq. "Report" xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan hesab edir ki, Türkiyə çoxfunksiyalı "TGC Anatolia" amfibiya hücum gəmisinin hazır olmasından sonra təyyarə daşıyan hərbi gəmini inşa edə bilər.

"Yeni Şafak" qəzetinin məlumatına görə, "Öz təyyarə daşıyan hərbi gəmimizi istehsal etmək üçün heç bir maneə yoxdur. Bu, hökumətin qətiyyəti ilə mümkündür. Türkiyə hərbi və müdafiə məsələlərində yubana bilməz" – deyə prezident bildirib.

Qeyd edək ki, Türkiyənin hərbi donanması 20-dən çox ABŞ və Fransa Hərbi Dəniz Qüvvələrinin də istifadə etdiyi freqat və forqet tipli gəmilərdən ibarətdir. Bundan əlavə, hərbi donanma 13 yeraltı qayıqla da gücləndirilib. 

Son xəbərlər

Orphus sistemi