Yuxarı
    Bağlamaq

    ​Türkiyə Suriyaya artilleriya zərbəsi endirib, 55 terrorçu ölüb

    Artilleriya atəşinə Hələb şəhəri məruz qalıb

    Bakı. 8 may. REPORT.AZ/ Türkiyə hərbçiləri şənbə günü Suriyanın Hələb şəhərinin şimal hissəsini artilleriya atəşinə tutub. Endirilən zərbələr nəticəsində 55 İŞİD silahlısı məhv olub.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şənbə günü IHA agentliyi məlumat yayıb.

    Atəşə tutulan hədəflər pilotsuz apparatlar vasitəsilə, həmçinin kəşfiyyatın digər məlumatları əsasında təsbit edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi