Türkiyə Suriyada İŞİD-in 52 obyektinə zərbə endirib

Türkiyə Suriyada İŞİD-in 52 obyektinə zərbə endirib Qruplaşmanın 12 üzvü zərərsizləşdirilib
Digər ölkələr
19 Fevral , 2017 10:57
Türkiyə Suriyada İŞİD-in 52 obyektinə zərbə endirib

Bakı. 19 fevral. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri sutka ərzində Suriyanın şimalında İŞİD terror qruplaşmasının 52 obyektinə zərbə endirib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahının "Fərat qalxanı" əməliyyatlarının 180-ci günündə yaydığı məlumatda bildirilir.

Beynəlxalq koalisiya aviasiyası və artilleriyasının zərbələri nəticəsində 12 terrorçu öldürülüb.

Son xəbərlər

Orphus sistemi