Yuxarı

Türkiyə polisi Kəmər-Antalya yolunun atəşə məruz qalması ilə əlaqədar 25 şübhəli şəxsi saxlayıb

Saxlananlar PKK terror təşkilatının üzvləridir

Bakı. 15 oktyabr. REPORT.AZ/ Türkiyənin hüquq-mühafizə orqanları Kəmər-Antalya yolunun raket atəşinə tutulması faktının araşdırılması çərçivəsində xüsusi əməliyyatların gedişatında 25 şübhəli şəxsi saxlayıb.

"Report"un əlumatına görə, bu barədə "Anadolu" agentliyi polisdəki mənbəyə istinadən xəbər verib.

Məlumata görə, əməliyyatlar bütün ölkə üzrə, o cümlədən İstanbulda və Ankarada keçirilib. Saxlananlar PKK terror təşkilatının üzvləridir. Onlar terror fəaliyyətində şübhəli bilinirlər.

Qeyd edək ki, Kəmər-Antalya yolun cümə günü raket atəşinə tutulub. Hadisə nəticəsində heç kim zərər çəkmədi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi